"Sülh çeşməsi" dayanıb: hər şey YPG-dən asılıdır - Lavrov

23.10.2019 12:37

Türkiyə Suriyanın şimal-şərqində "Sülh çeşməsi" əməliyyatını dayandırıb, bundan sonra hər şey kürd qüvvələrin geri çəkilməsindən asılı olacaq.

Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

"ABŞ-ı o qədər də nəzərə almırıq. Əvvəla, mövqeləri kifayət qədər dəyişkən və ziddiyyətlidir. İkincisi isə ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada qanunlara zidd olaraq varlığını göstərir. Ümid edirəm ki, koalisiyaya üzv ölkələr siyasətini dəyişəcək və Dəməşqlə əməkdaşlıq edəcək", - Lavrov bəyan edib.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR