“Barselona”nın Lautaro Martines planı

23.10.2019 11:53

İtaliyanın "İnter” klubunun hücumçusu Lautaro Martines "Barselona”nın transfer hədəfindədir.

XəzərXəbər xəbər verir ki, Luis Suaresə alternativ axtaran kataloniyalılar argentinalı hücumçunu transfer etmək istəyir. Lakin "Barselona” qarşı tərəfə istəyini çatdırmayıb.

Milan təmsilçisi Martineslə yeni müqavilə imzalamaq fikrindədir. "Göy-qaralar” 22 yaşlı forvardın sərbəst qalma dəyərini 111 milyon avro təyin edəcək.

Martines bu mövsüm "İnter”də 10 oyuna 5 qol vurub, 2 assist edib.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR