Azərbaycanda instaqram dələduzluğu - Diqqətli olun! - VİDEO

20.10.2019 20:17

Cəmi 10 manata 3 aylıq limitsiz internet...Üstəlik elanda ximdətin bütün operatorlardan aktiv edilməsinin mümkün olduğu vəinternetin sürətli olacağına da zəmanət verilir. Sosial şəbəkələrdə belə dələduzluq forması yayılıb.

İnstagramda pulsuz internet, limitsiz interneta dı altında hesablar açaraq izləyici toplayır, sonra isə onlardan pul istəyirlər. Ödəmə terminalı vasitəsi ilə pulu ödədikdən sonra isə həmin səhifəni tapmaq olmur.

Səhifələrin rəy bölməsi bağlı olduğundan heçkim başına gələn dələduzluqla bağlı fikrini yaza bilmir. Dələduzlar isə ödəniş edən vətəndaşın qəbzinin şəklini paylaşaraq yeni müştərilər qazanırlar.

Mütəxəsislər də bildirir ki, son zamanlar belə dələduzların sayı xeyli artıb. Vətəndaşlar bilməlidir ki, texniki cəhətdən bunu etmək mümkün deyil.

İkt üzrə mütəxəsis Kamran Şabanovun sözlərinə görə,belə səhifələrin artmasına səbəb qiymətlərin ucuz göstərilməsidir. Lakin aldadılanların heç biri bu barədə səhifənin digər istifadəçilərinə məlumat verə bilmədiyindən fırıldağın qurbanları günü gündən daha da artır.

Ekspert onu da bildirid ki, belə halla qraşılaşan vətəndaşlar adiyiyyatı qurumlara müraciət etsinlər.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR