Bu gecə Bakıda iki avtomobil toqquşub - VİDEO

17.10.2019 10:01

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə iki prospektin kəsişməsində qeydə alınıb. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 90-CZ-686 dövlət nömrəli "Mercedes" markalı avtomobil gözlə nişanına diqqət etməməsi səbəbindən Azadlıq prospekti ilə hərəkət edən 90-PT-753 nömrəli "AzSamand"la toqquşub.

Hadisə nəticəsində Ziya Bünyadov prospektindən üzü şəhər istiqamətində qısamüddətli tıxac yaranıb. Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR