Çavuşoğlu ərəb dövlətlərinə: Yəməndə nə qədər insan öldürdünüz?!

10.10.2019 13:11

"Yəməndə nə qədər insanı qətlə yetirdiniz?! Burada nə qədər insanı mühasirəyə alıb, ac saxlayırsınız?! İndi hansı üzlə Türkiyənin Suriyadakı "Barış Pınarı" əməliyyatını pisləyirsiz."

XəzərXəbər SalamNews-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu ötən gün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və sair dövlətlərin Türkiyənin Suriyadakı əməliyyatını pisləməsinə münasibət bildirib və bu dövlətlərin Yəməndə apardığı müharibəni xatırladıb.

O bildirib ki, bu dövlətlər "Barış Pınarı" əməliyyatını pisləməyə haqları çatmır.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir, İordaniya, İraq və Küveyt Türkiyənin əməliyyatını qınayıb və pisləyiblər.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR