Hərbi xidmətdən qayıdan gənc dəhşətli qətl törətdi

10.10.2019 13:06

Yevlax rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 9-da, saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini, 2002-ci il təvəllüdlü Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Yasin Çuqay saxlanılıb.

Yasin Çuqay bu günlərdə hərbi xidmətdən qayıdıbmış. Yasin Çuqayev Rasim Nazarovu ürək nahiyəsindən bıçaqla vurub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2019 09:03

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR