Suriya əməliyyatı 2-ci GÜNÜNDƏ: Xüsusi təyinatlılar işğal olunmuş bölgəyə sızdı, 40 min əsgər...

10.10.2019 11:20

Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan terror koridorunu dağıtmaq üçün başlatdığı "Sülh Çeşməsi” hərəkatı ikinci gününə daxil olub.

Ötən gün Ras əl-Ayn və Təl Abyaddakı terrorçu mövqeləri F-16 qırıcıları ilə məhv edilib. Ardınca quru qoşunları sərhədi keçib.

Bu gün gələn son dəqiqə xəbərinə görə, komandolar Fəratın şərqində irəliləməyə davam edir.

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan "Türkiyə Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə ölkənin şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı "Sülh Çeşməsi” hərəkatına başlayıb” açıqlamasından sonra PYD mövqeləri bombardman edilib. Hərəkatın başlaması ilə TSQ Ağcaqala qarşısındakı Təl Abyaddakı terrorçu mövqelərini raket və yüngül silahlarla atəşə tutub. Ardınca quru qoşunları irəliləyib.

Hərəkat çərçivəsində ötən gün axşam saatlarından etibarən top atışları ilə vurulan Təl Abyadda səssizlik hökm sürür.

TSQ və SMO 35 km irəliləyib. Ayn İsa mahalı ətrafındakı Rami Hava Bazası və sursat anbarı ilə Aluk, Mustəl, Əsədiyə, Fender və Huşan kəndlərindəki terrorçu mövqeləri vurulub. Kobaniyə bağlı Zormağar bölgəsindəki PKK/YPG hədəflərinə də atəş açılıb. Bombardmandan sonra quru qoşunları ilk cəbhə olan Təl Abyad – Ras əl Ayn arasındakı 120 kilometrlik bölgəyə tankların müşayiəti ilə girib.

4 ayrı nöqtədən sərhədi keçən əsgərləri tanklar və ağır silahlar müşayiət edib. Qurudan irəliləyən Mehmetçik ilə PKK arasında qarşıdurmalar ara-sıra davam edir. Sərhəd xəttində kəskin silah səsləri eşidilir. Terrorçuların evlərdə pusqular qurması və dinc sakinlərdən dolayı birliklər təmkinli şəkildə irəliləyir.

"Sülh Çeşməsi”nə, hələlik, 40 min əsgər və 20 minə yaxın suriyalı hərbçi qatılıb. Ehtiyac olacağı halda bu say artırılacaq. Bölgəyə əvvəlcədən sızan xüsusi təyinatlılar işarələri ilə hava və qurudan bombardmana rəhbərlik edir./publika.az

© xezerxeber.az


396 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR