Teymur Rəcəbov Hamburq Qran-Prisində çıxış edəcək

09.10.2019 21:42

Noyabrın 5-dən 17-dək Hamburqda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin üçüncü mərhələsi keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçısının mübarizə aparacağı turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək.

Ümumilikdə 21 şahmatçının gücünü sınadığı bu nüfuzlu yarış dörd mərhələdən ibarətdir. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən bundan əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. "Grand Prix 2019” seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.

Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaqlar.

Qeyd edək ki, Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR