Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

09.10.2019 17:45

Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılması işlərinə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.

Ə.Əsgərov əlavə edib ki, bu yaxınlarda bir qrup əməkdaşları ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə həmin ölkənin Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2019 09:03

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR