Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi açıqlanıb

21.09.2019 10:43

2019-cu ilin avqustunda Türkiyə limanları vasitəsilə Azərbaycandan yük daşımalarının həcmi 30,1 min ton təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, həmin müddət ərzində Azərbaycandan yüklər digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə daşınıb.

Ötən ay Türkiyə limanlarına 4 601 gəmi daxil olub, onlardan 1 978-i Türkiyə bayrağı altında, 2 623-ü digər ölkələrin bayraqları altında daxil olub.

Gəmilərin ümumi brutto-registr tonnajı 58 316 380 ton təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Türkiyə limanlarına 35 716 gəmi daxil olub ki, onların brutto-registr tonnajı 516 701 650 ton təşkil edib.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR