“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

21.09.2019 10:30

Amerikalı aktyor Mikki Rurk onu Ukraynada, Xmelinski bölgəsinin Zaqorçı kəndində dəfn etmələrini istədiyini söyləyib.

Bu barədə Ukraynanın "Today”qəzetiməlumat yayıb.

Sözügedən kənddə aktyorun köməkçisi Dmitri Korneyçukun nənəsi yaşayır.

"Dimaya dedim ki, mən öləndə nəşimin ABŞ-dadəfn edilməsini istəmirəm. O, babasının harada dəfn olunduğunu göstərdi və özünün də orada dəfn olunmaq istəyini dilə gətirdi”, - deyə, Rurkbildirib.

"Güləşçi”filmindəki roluna görə 2009-cu il "Oskar” mükafatı namizədi olan Rurkun 67 yaşı var.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR