Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sakinlərə nə üçün bildirişlər göndərilir? - Sahib Ələkbərov ''XəzərXəbər''ə açıqladı - VİDEO

19.09.2019 20:17

Ölkədə bir milyondan çox olan torpaq mülkiyyətçilərinin bir hissəsinə vergi uçotuna alınması ilə bağlı bildirişlər göndərilir. Məqsəd onların sosial sığorta haqqları ödənişlərinə cəlb edilməsidir. Vergilər nazirinin müavini Sahib Ələkbərov ''XəzərXəbər''ə bildirib ki, torpaq mülkiyyətçilərinin vergi uçotuna alınması onların vergi ödəməsi anlamına gəlmir. Torpaq mülkiyyətçiləri bu sahədə vergidən tam azad olunublar.

Rayon ərazisində yaşayan torpaq mülkiyyətçilərinə vergi uçotuna alınmaq məqsədi ilə bildirişlər göndərilir.

Bildirişlərdə onlara vergi oqranında uçota alınaraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin əldə etmələri, hesabatın təqdim olunması və məcburi dövlət sosial sığorta haqqının ödənməli olduğu qeyd edilir. Məsələ ilə bağlı Vergilər Nazirlinin müavini Sahib Ələkbərov ''XəzərXəbər''ə bildirib ki, respublika ərazisində bir milyondan çox torpaq mülkiyyətçisi var ki, onlaraın da böyük bir hissəsinə vergi uçotuna alınmaqla bağlı bildirişlər göndərilir.

Sahib Ələkbərovun sözlərinə görə, torpaq mülkiyyətçilərinin vergi uçotuna alınması onların vergi ödəməsi anlamına gəlmir. Torpaq mülkiyyətçiləri bu sahədə vergidən tam azad olunublar.

Ödənişilərin hər hektara görə hesablanması ilə bağlı təkliflər hazırlanır.

© xezerxeber.az

FOTOQALERIYA






234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR