Radikal etirazçılar Honkonq hökumətinin binasına “molotov kokteyli” atıblar

15.09.2019 16:24

Çinin Honkonq xüsusi inzibati bölgəsində sentyabrın 15-də keçirilmiş qanunsuz etiraz aksiyası zamanı radikal etirazçılar hakimiyyət orqanlarının binalarına "molotov kokteylləri" (neft məhsullarından kustar üsulla hazırlanan alışdırıcı-partlayıcı) atıblar.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları bəzi yerlərdə yanğınlar törədib, metro stansiyalarında avadanlığı məhv ediblər. Nəticədə metronun "Admiralty" stansiyası fəaliyyətini dayandırmağa məcbur olub. Bundan başqa, etirazçılar şəhərin əsas yollarını bağlayaraq nəqliyyatın hərəkətinə ciddi mane olub, ictimai və özəl binaların şüşələrini sındırıblar. Aksiyaçılar Çin Xalq Respublikasının dövlət bayrağını yandırıblar.

Polis zorakılıq hallarının qarşısını almaq üçün aksiyaların dağıdılmasına başlayıb.

Qeyd edək ki, Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq iyun ayından bəri aksiyalar keçirilir. Aksiyaların gedişində etirazçılar ciddi iğtişaşlar törədib, polislərə, şəhərdəki dövlət və özəl binalara ciddi ziyan vurublar. Sentyabrın 4-də Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kəri Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib. Buna baxmayaraq, etirazçılar həmin qərardan sonra da qanunsuz aksiyalarını davam etdirirlər.

© xezerxeber.az

FOTOQALERIYA






108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR