Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan XİN Krımda keçirilmiş qondarma "seçkilər”i tanımır

12.09.2019 17:39

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma "yerli seçkilər”i şərh edib.

Nazirlikdən verilən məlumata görə, şərhdə deyilir:

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı "seçkilər”i tanımır".

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR