AŞPA prezidenti: “Azərbaycanın sıralamıza qoşulması Avropada böyük cəmiyyətin formalaşmasında vacib dönüş nöqtəsi olub” - VİDEO

11.09.2019 18:47

"Azərbaycanın və digər qonşu dövlətlərin Avropa Şurasına qoşulması Avropada böyük cəmiyyətin formalaşması prosesində vacib dönüşnöqtəsi olub”.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskiebu Fransa-Azərbaycan Universitetində keçirilən "Hüquqlarımız, azadlıqlarımız və Avropamız” adlı Avropa Şurasının 70-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Təşkilatın yaranma səbəblərinə və nailiyyətlərinə toxunan prezident bildirib ki, Avropa Şurası üzv ölkələrdə insan hüquqları, demokratiya, qanunun aliliyin təmin olunması üçün çalışıb.

O qeyd edib ki, AŞPA həmçinin xalqlar arasında daha yaxşı anlaşmanın və vəhdətin yaradılması istiqamətində vacib addımlar atıb.


© xezerxeber.az

FOTOQALERIYA






96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR