Xaçmazda iki maşın toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb

11.09.2019 13:45

Sentyabrın 11-i günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi "VAZ-21015” markalı avtomobillə "QAZel” markalı yük avtomaşını toqquşub.

Qəzada xəsarət alan Siyəzən rayon sakinləri 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR