Ukrayna prezidentinin mühafizəçiləri dünya çempionatında qalib gəliblər

11.09.2019 13:46

Kiyevdə cangüdənlər arasında çoxnövçülük üzrə dünya çempionatı başa çatıb. Yarışda Ukrayna Prezidentinin təhlükəsizlik xidməti qızıl medala layiq görülüb.

AZƏRTAC Ukrayna Prezidenti ofisinin "Facebook” səhifəsində dərc olunmuş məlumata istinadla xəbər verir ki, qələbə uğrunda birinci şəxslərin ən yaxşı mühafizəçilərindən ibarət 26 komanda yarışırdı. Onlar kütləvi tədbirlərin piyada müşayiəti zamanı müdafiə texnikasını, birinci şəxsin təxliyə olunmasını, kütlə arasında hücumların dəf olunmasını, əlbəyaxa döyüş fəndlərini, partlayıcı maddələr axtarışını və ekstremal şəraitdə nəqliyyat vasitələrinin idarə edilməsi zamanı maneələrin aradan qaldırılması üsullarını nümayiş etdiriblər.

Çempionatda Belarus, Çin, Moldova, Bolqarıstan, Gürcüstan, Rumıniya, İordaniya və Serbiyanın mühafizə və hüquq-mühafizə idarələrindən, xüsusi xidmətlərdən, habelə bu ölkələrin prezidentlərinin təhlükəsizlik xidmətlərindən olan cangüdənlər də iştirak ediblər.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR