İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinə səfər edib

11.09.2019 13:35

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri Çinə səfər edib.

İran ordusunun yüksək rütbəli generalları ilə Çinə səfər edən M.Baqeri regional və qlobal prosesləri müzakirə edəcək.

İran mətbuatında yer alan xəbərlərdə bildirilir ki, İran ilə Çin arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Növbəti mərhələdə isə rəsmi Tehran və Pekin regionda baş verən hərbi-siyasi proseləri nəzərə alaraq hərbi sahədə də münasibətləri daha da yaxınlaşdırmaq qərarına gəliblər.

Hələ 2016-cı ildə İran ilə Çin arasında müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmin dövrdə Çinin Müdafiə naziri və Dövlət Şurasının üzvü general Çan Vançyun qeyd etmişdi ki, iki dövlətin qarşılıqlı münasibətlərinin yaxınlaşmasında bu memorandum mühüm rol oynayacaq.

İranlı generalın Çinə budəfəki səfəri onu deməyə əsas verir ki, hər iki dövlət regondakı maraqlarını birlikdə qorumağa hazırlaşırlar. (AZƏRTAC)

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR