Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir - VİDEO

23.08.2019 19:45

Tikinti materiallarının satışı ilə məşğul olan bəzi şəxslər yanğın təhlükəsizliyi qaydalarına əməl etmir. Bu isə satış ərazilərində yanğınların baş verməsi ilə nəticələnir ki, sonda obyekt sahiblərinə həm maddi, həm də mənəvi ziyan dəyir.

Elə bu məqsədlə də Fövlqəladə Hallar Nazirliyi həmin şəxslərə xəbərdarlıq edir. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayevin sözlərinə görə,bəzi tikinti materialları satılan obyektlərə yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl edilməsi ilə bağlı həm yazılı,həm də şifahi xəbərdarlıq bildirilməsinə baxmayaraq adətən buna məhəl qoyan olmur. Əslində isə bu cür satış yerlərində sahibkarlar bu qaydalara ciddi əməl etməldirilər.

Elnur Babayev deyir ki,tikinti materiallarının satış yerlərində başlayan yüngül bir yanğın tez yayılaraq böyük bir ərazini əhatə edir. Bu zaman həm yanğının qarşısını almaq çətin olur, həm də sahibkarlara ciddi ziyan dəyir.

Qeyd edək ki, ötən gün Nərimanov rayonu, ''Baksol yolu'' adlanan ərazinin yaxınlığındakı tikinti materialları bazarında baş verən yanğın zamanı da sahibkarlara ciddi ziyan dəyib.

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR