“Qarabağ”ın futbolçusu Bolqarıstan yığmasına çağırılıb

20.08.2019 11:33

Azərbaycan çempionu "Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına çağırılıb.

APA-nın məlumatına görə, Balkan təmsilçisinin baş məşqçisi Krasimir Balakov sentyabrda keçiriləcək oyunlar üçün legionerləri müəyyənləşdirib.

O, ölkə xaricində çıxış edən 11 futbolçuya dəvət göndərib. S.Slavçev də bu oyunçular arasında yer alıb.

Bolqarıstan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də İngiltərə ilə üz-üzə gələcək. S.Slavçev və komanda yoldaşları üç gün sonra İrlandiya ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR