Bakıda qəzalı vəziyyətdə olan binalar sökülür - Pilot layihələr çərçivəsində yeni binalar tikilir - VİDEO

20.08.2019 11:12

Bakıda qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində müasir görkəmli yeni binalar tikilir. Paytaxtın bütün rayonlarında icra olunan pilot layihələr uğurla davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, belə layihələrdən 6-ı Bakının Xətai rayonunda icra olunur.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib ki, rayon ərazisində həyata keçirilən pilot layihələrin bir neçəsinin icrası tamamlanmaq üzrədir. Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlər kirayə mənzillərlə təmin olunublar. Tikinti işləri tam başa çatandan sonra sakinlər yeni binalarda daha geniş mənzillərlə təmin ediləcək.

Binəqədi rayonunda da pilot layihələr icra olunur. Binəqədi Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirilib ki, rayon ərazisində ümumilikdə 6 pilot layihə icra olunur və işlərin böyük hissəsi tam yekunlaşmaq üzrədir.

Səbail rayonunda isə 14-dən çox pilot layihənin icrası davam etdirilir.

Qeyd edək ki, paytaxtın Suraxanı, Nəsimi, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarında da pilot layihələr hayata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR