Sabah hava küləkli olacaq

18.08.2019 12:24

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 20-24° isti, gündüz  32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz  34-36°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 %  olacaq.  

Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, cənub-şərq küləyi əsəcək.  Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  34-39° isti°,  dağlarda gecə 14-18° isti,  gündüz  25-30°  isti təşkil edəcək.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR