İspaniyaya məxsus qırıcı təyyarə Rusiyanın Müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib

14.08.2019 12:26

Estoniya, Latviya və Litva səmasının keşiyini çəkən NATO qrupuna daxil olan ispan qırıcı təyyarəsi Kalininqraddan Moskvaya uçan Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, S.Şoyqunun təyyarəsini müşayiət edən iki qırıcı İspaniyanın "F-18” təyyarəsini sıxışdıraraq geriyə çəkilməyə məcbur ediblər. Hadisə Baltik dənizi üzərində baş verib.

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR