FİFA “Mançester Siti”ni cəzalandırıb

14.08.2019 12:31

FİFA İngiltərənin "Mançester Siti” klubunu cərimələyib.

Xezerxeber.az-ın məlumatına görə, "şəhərliləri” transfer qaydalarına riayət etmədikləri üçün cəzalanıblar.

Ali futbol qurumu komandanın 18 yaşadək futbolçuların transferində və sənədlərində qanunsuzluq aşkarlayıb. Bu səbəbdən də "Mançester Siti”yə 370 min İsveçrə frankı cərimə kəsilib.

Qeyd edək ki, eyni qayda pozuntusu edən "Çelsi”yə fevralda növbəti iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirmək qadağası qoyulub. Cəza müddəti 2019-20 mövsümünün sonunda başa çatacaq.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR