Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İvan Perişiç “Bavariya” klubuna keçib

14.08.2019 15:00

İtaliyanın "İnter” və Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç Almaniyanın "Bavariya” klubuna keçib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sonradan birdəfəlik alınması şərti ilə 2019-2020-ci illər mövsümünün sonunadək icarəyə götürülüb. Bu, Perişiçin Almaniyaya ikinci qayıdışıdır. Təcrübəli oyunçu 2015-ci ilin avqustunda "İnter”ə transfer olunmamışdan əvvəl "Borussiya Dortmund” və "Volfsburq”da çıxış edib.

Qeyd edək ki, İvan Perişiç Xorvatiya millisinin üzvü kimi martın 22-də Azərbaycan yığmasına qarşı AVRO-2020-nin seçmə oyununda sonadək meydanda olub.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR