Mingəçevir, Cəlilabad və Sumqayıtda 3 nəfər suda boğulub - VİDEO

22.07.2019 19:11

Mingəçevirdə 28 yaşlı gənc oğlan su anbarında batıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Mingəçevir su anbarının qeyri-çimərlik ərazisində baş verib.

Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Şəki sakini Röyal Yusifovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Cəlilabadda isə 21 yaşlı gənc ehtiyatsızlıqdan gölə düşərək boğulub. Hadisə rayonun Gülməmmədli kəndində baş verib. Babaxanlı kənd sakini Loğman Əliyev sərinləmək məqsədi ilə gölün kənarına enib və ayağı sürüşərək suya düşüb. Ətrafdakı insanların cəhdinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Loğman Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc -axtarış qrupu tərəfindən sudan çıxarılaraq təhvil verilib.

Sumqayıtda isə 20 yaşlı gənc dənizdə boğulub. Şəhər sakini Rauf Əsədov küləkli havada yaxınlarının çağırışlarına məhəl qoymayıb və dənizin dərinliyinə tərəf üzüb. Bu zaman iri dalğalar onu batırıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hər üç faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






606 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR