Ermənilər işğal altındakı ərazilərdə yanğın törədib, dinc sakinləri atəşə tutub -VİDEO

22.07.2019 19:17

Erməni silahlı qüvvələrinin bölmələri işğal altındakı torpaqlarda yenidən yanğın törədiblər.

Xezerxeber.az-ın məlumatına görə, düşmən ötən axşam Ağdamın işğal altında olan Fərrux dağına od vurub. Ermənilərin dağ massivində törətdiyi yanğın Ağdamın bütün cəbhəboyu yaşayış məntəqələrindən müşahidə olunub.

Alov güclənərək Əlimədətli, Cinli və Əlağalı kəndlərinin ərazilərinə də yayılıb. Yaşayış məntəqələrindəki yanğın söndürülsə də, digər ərazilərdə davam edir.

Ermənistan ordusu həmçinin cəbhənin Ağdam rayonu istiqamətində atəşkəs rejimini də pozub. Ermənistan silahlı qüvvələri rayonun Çıraqlı kəndini atəşə tutub. Həmişə olduğu kimi bu dəfə də düşmən ordusunun əsas hədəfi mülki əhali olub.

Güllələr cəbhə kəndindəki evlərə dəyib. Qapı və pəncərələrə ziyan dəyib. Rayon icra hakimiyyətindən verilən məlumata görə, erməni hərbçiləri tərəfindən atılan mərmilər bir neçə yaşayış evinə dəysə də, xəsarət alan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR