Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb

22.07.2019 10:00

İyulun 22-də Bakı Tennis Akademiyasında "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları start götürüb.

Xezerxeber.az xəbər verir ki, yarışda oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda iştirak edir. Bugünkü oyunlarda oğlanların və qızların 1/32 final yarışları, eləcə də qoşa kateqoriyalarda 1/16 final qarşılaşmaları baş tutacaq.

Azərbaycan tennisçilərindən Kənan Qasımov Alessio Basile, Alina Hüseynova isə Jülyet Bovi (hər iksi Belçikanı təmsil edir) ilə qarşılaşır.

Günün ikinci yarısında isə cütlər yarışında təmsilçilərimiz Polina Drobiçeva/Alina Hüseynova – Karolina Qomes/Rakel Qonzales (İspaniya) mübarizə aparacaq.

Oğlanların cütlər yarışının 1/16 finalında isə idmançılarımız Kənan Qasımov/Tamerlan Əzizov – Daniel İvanov/ Tyaqo Pereyra (Portuqaliya) ilə görüşəcəklər.

AOK-in qaydaları və Beynəlxalq Tennis Federasiyası tərəfindən qəbul edilmiş Tennis Qaydalarına uyğun keçirilir. "Bakı 2019”-da iştirak edəcək idmançılar 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş idmançılardır.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR