Gədəbəy rayonunda yaylaq festivalı keçiriləcək - VİDEO

20.07.2019 20:28

Gədəbəy rayonunda keçiriləcək yaylaq festivalına sayılı günlər qalıb.

Xezerxeber.az-ın məlumatına görə, festival 26-28 iyul tarixlərində reallaşacaq. El şənliyi Miskinli yaylağında baş tutacaq.

Etnik qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi və etnoqrafik-mədəni-idman tədbiri təşkil ediləcək. Festivala çoxlu sayda yerli qonaqların və xarici turistlərin gəlməsi gözlənilir.

Bundan əlavə, festivala gələn qonaqlar özləri də yaylaq yurdu ərazisində festival müddətində kamplar qurub, el şənliyinin iştirakçısı ola bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


893 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR