Finlandiya İtaliya tərəfindən qəbul edilməyən qaçqınlara sığınacaq verəcək

12.07.2019 10:14

Finlandiya hökuməti İtaliya sahillərindəki gəmidə olan və sığınacaq istəyən bir neçə nəfəri qəbul etmək barədə qərarı təsdiqləyib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə təklif daha əvvəl ölkə hökuməti tərəfindən bəyan edilib.

Miqrantların olduğu "Sea Watch-3” xilasetmə gəmisi "Sea-Watch International” qeyri-hökumət təşkilatına məxsusdur və artıq bir neçə həftədir ki, İtaliya sahillərində yerləşir. İtaliya, öz növbəsində, miqrantları ölkəyə buraxmaqdan imtina edir. Gəmi ötən həftə Liviya sahillərində 65 miqrantı xilas edib.

Baş verən vəziyyətin həll olunması üçün bir neçə ölkənin hökuməti, o cümlədən Finlandiya gəmidəki miqrantların bir hissəsini qəbul etməyə hazır olduqlarını bildiriblər. Beləliklə, Finlandiya hökuməti maksimum 8 nəfərdən ibarət miqrant qrupuna sığınacaq vermək barədə qərar qəbul edib.

Qeyd edək ki, Almaniyanın "Sea Watch” qeyri-hökumət təşkilatının gəmisi göyərtəsində onlarca miqrantla bir neçə həftə ərzində dənizdə olub.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR