Pakistanda dəmiryol qəzasında ölənlərin sayı 21 nəfərə çatıb

11.07.2019 21:25

Pakistanın şimalında yerləşən Pəncab əyalətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı azı 21 nəfərə çatıb, 89 nəfər isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, Lahordan Kvetta şəhərinə gedən sərnişin qatarı tam sürətlə Rəhimyar-Har şəhərində dayanan yük qatarına çırpılıb. İlkin məlumata əsasən, sərnişin qatarı öz yolu ilə hərəkət etməyib. Qəza nəticəsində sərnişin qatarının üç vaqonu relsdən çıxaraq aşıb. Şahidlərin sözlərinə görə, hadisə səhər saatlarında, sərnişinlərin əksəriyyətinin yatdığı vaxt baş verib.

Hazırda axtarış-xilasetmə əməliyyatının yekunlaşdığı bildirilir. Yaralıların hamısı yerli xəstəxanalara çatdırılıb.

Qəzanın səbəblərinin müəyyən edilməsi üzrə təhqiqat başlayıb.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR