60 saniyədə niyə prezident olmaq istədiklərini AÇIQLADILAR

27.06.2019 16:23

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin debatları başlayıb.

Türkiyənin NTV televiziyası xəbər verir ki, Demokratlar partiyasından olan 10 namizəd ilk dəfə debatda qarşı-qarşıya gəlib. Mayami şəhərində təşkil olunan debat, NBC televiziyası vasitəsiylə canlı yayımlanıb.

Onlar 60 saniyə ərzində hazırkı prezident Donald Trampa qarşı niyə namizədliyini irəli sürdüklərini və hansı səbəbdən dövlət başçısı olmaq istədiklərini ifadə ediblər. Ardınca debat sual-cavab şəklində davam edib. /Redaktor.az

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR