Ağacların dibi asfaltlanıb - VİDEO

20.06.2019 19:10

Ağacların dibi asfaltlanıb. Bəziləri isə səkiyə düşdüyü üçün ətrafına metlax da döşənib.

Görüntülər Yasamal rayonu Həsən Bəy Zərdabi prospektindəndir. 32 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisinə düşən bir neçə ağacın dibi asfaltlanıb. Sakinlərin sözlərinə görə, bu hal 2-3 il əvvəl baş verib.

Məsələ ilə bağlı 32 saylı Mənzil Kommunal İstismar Sahəsinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz cavabsızqaldı...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkələrdə yayıldıqdan sonra məsələyə reaksiya verib.Yasamal Mənzil Kommunal Təsərrüfat birliyinə məcburi göstəriş verilib və ağacların dibi açılıb. Həmçinin, ağaclar sulanıb və aqrotexniki qulluq gösətərilməsi ilə bağlı tapşırıq verilib.

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR