Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Litvadakı anormal istilər - əhali ziyan çəkir

13.06.2019 16:09

Litva ərazisində yaranmış anormal istilər səbəbindən əhali ziyan çəkməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, 35 dərəcəyə çatmış isti havada qorunmağa çalışanlardan altısı üz tutduqları göllərdə boğulublar. Belə havaya alışmamış insanlar arasında ciddi ürək-damar problemləri yaşanmaqdadır. Yüzlərlə insan tibb məntəqələrinə müraciət edir.

Sinoptiklər xəbərdar edib ki, anomal isti hava şəraiti davam edəcək. Quraqlıq səbəbindən isə çaylarda suyun səviyyəsi aşağı düşüb və bu da suvarmada çətinliklər yaradıb.

Yüksək istilərin davam etməsindən bəzi şəhərlərdə orta məktəblər artıq tətilə bağlanıb.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR