Ekvadorda böyük mis, qızıl və gümüş yatağı tapılıb

13.06.2019 15:56

Ekvadorun şimalında yerləşən İmbabura əyalətində dünyanın ən böyük mis, qızıl və gümüş mədənlərindən biri tapılıb.

AZƏRTAC EFE informasiya agentliyinə istinadla xəbər verir ki, "Alpala” yatağı dünyada ən iri gümüş, üçüncü ən iri qızıl və altıncı ən iri mis ehtiyatlarına malik ola bilər. Yataq "Kaskabel” layihəsi çərçivəsində aşkarlanıb.

Mütəxəssislər hasilatı 49-66 il davam edə biləcək "Alpala” yatağının ehtiyatlarını 10,9 milyon ton mis və 23 milyon unsiya qızıl həcmində qiymətləndirir. Yataqda ilk 25 ildə mis hasilatının həcmi 207 min ton, qızıl hasilatı 438 min unsiya, gümüş hasilatının həcmi isə 1,4 milyon unsiya təşkil edəcək.

© xezerxeber.az

FOTOQALERIYA






169 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR