Oman körfəzində yanan tankerlərdən 44 nəfər xilas edilib

13.06.2019 14:43

İranın təcili xidmət orqanları Oman körfəzində hücuma məruz qalan iki tankerin göyərtəsindən 44 nəfəri xilas edib.

Xezerxeber.az IRNA informasiya agentliyinə istinadən xəbər verir ki, xilas edilən dənizçilər Oman körfəzinin İran ərazisində yerləşən Cask limanına aparılıb.

Bir qədər əvvəl İranın PressTV telekanalı Oman körfəzində iki neft tankerinin hücuma məruz qaldığı barədə məlumat yayıb. Gəmilərin üzdüyü rayonda atəş səsləri eşidilib. Pakistan və Omanın dəniz limanları tankerlərdən fəlakət siqnalı alıb.

Ərəb KİV-lərinin məlumatına əsasən, gəmilər torpeda hücumuna məruz qalıb. Hazırda tankerlərdə yanğının davam etdiyi bildirilir.

Livanın Al-Mayadeen telekanalının yaydığı son məlumata görə, körfəzdə hücuma məruz qalmış neft tankerlərindən biri batıb. Hər iki tankerin Yaponiyaya bağlılığı olan yük daşıdığı bildirilir.

Oman körfəzindəki insident səbəbindən birjalarda neftin qiyməti 3 faiz bahalaşıb.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR