Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çində şiddətli yağışlar 49 nəfərin ölümünə səbəb olub

12.06.2019 17:29

Çinin mərkəz, cənub və şərq hissələrində iyunun 6-dan bəri davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 49-a, itkin düşənlərin sayı 14-ə çatıb.

Bu barədə ölkənin Fövqəladə İdarəetmə Nazirliyi məlumat yayıb. Bildirilir ki, şiddətli yağışlar daha çox Quandun, Quansi, Ciansi, Fucien, Xunan, Quycou, Qansu, Cıcian vilayətlərində, habelə Çunçin bələdiyyəsində ciddi fəsadlara və insan tələfatına səbəb olub. Bu bölgələrdə yağıntının miqdarı orta hesabla 100-250 millimetr, bəzi ərazilərdə 400, Ciansi və Quansi vilayətlərinin bəzi yaşayış məntəqələrində isə müvafiq olaraq 690 və 820 millimetr təşkil edib. Şiddətli yağışlar sel, daşqın və torpaq sürüşmələrinin, palçıq axınının yaranmasına səbəb olub. Nəticədə 7 mindən çox ev dağılıb, 32 min evə zərər dəyib, 623 min hektar əkin sahəsini su basıb. Ümumilikdə təbii fəlakət 6,7 milyondan çox sakinin həyatına mənfi təsir edib, 125 mindən çox adam təxliyə edilib.

Ümumi maddi zərər 10,2 milyard yuan (təxminən 1,74 milyard ABŞ dolları) səviyyəsində qiymətləndirilir. (AZƏRTAC)

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR