Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

London aeroportunda “Brexit” lağa qoyuldu - FOTO

12.06.2019 12:51

Britaniyanın məşhur strit-art rəssamı Benksinin yeni qrafitisi Londonun Hitrou hava limanında peyda olub.

Rəssamın rəsmi "Instagram” səhifəsində dərc olunan fotoşəkildə Avropa İttifaqından gələn sərnişinlərin gömrük yoxlamasına aparan qapalı giriş təsvir olunub.Bağlı qapının üzərində "Keep Out” (giriş qadağandır) yazısından qopmuş "T” hərfi ilə siçovul qapının qıfılını sındırmağa çalışır.

Qrafiti təkcə 12 saat ərzində sosial şəbəkədə 700 mindən çox layk toplayıb.

Qeyd edək ki, Benksi sirli-rəssam, təxribatçı-yumoristdir, o ümumiyyətlə yeni trend ərsəyə gətirərək, küçə incəsənəti haqqında yeni ictimai rəy formalaşdırıb. Onun əsərlərində başlıca olaraq siyasət, müharibələr, kapitalizmin çirkin tərəfləripislənilir.

oxu.az

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR