AFFA İntizam Komitəsinin iclası keçirilib.
XəzərXəbər xəbər verir ki, toplantıda futzal üzrə Yüksək Liqanın "Araz” – "Xəzər Cənub” görüşündə baş vermiş neqativ hallar müzakirə olunub.
Qarşılaşmanın 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum edən "Xəzər Cənub”un üzvü Hamid Raşidi 1 oyunluq cəzalandırılıb. 48-ci dəqiqədə isə onun komanda yoldaşı Amid Şocayi hakimin qərarına etiraz etdiyindən, qırmızı vərəqə almışdı. Ona da 1 oyunluq cəza kəsilib.
Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı da müvafiq qərarlar qəbul edilib. "Xəzər Cənub”in futzalçıları Raşid Qalapur, Amid Şocayi, həmçinin cəzalı olduğuna görə matçı tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya edilib. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.
Qarşılaşmadan sonra hakimi təhqir edən Hamid Raşidi isə 3 oyunluq cəzaya məruz qalıb.
© xezerxeber.azAzərbaycanda rəsmi futbol matçları Dövlət Himni ilə başlayacaq
Evlilik təklifi baha başa gəldi - 84 min cərimə kəsildi - VİDEO
Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEO
Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır - VİDEO
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB