Kisələrdə satılan torpaqlara tələbat artıb - QİYMƏTLƏR - VİDEO

15.05.2019 20:45

Dibçəkdə gül əkmək və ya həyətyanı sahələrdə yaşıllıq salmaq üçün istifadə olunan torpaqlara maraq artıb.

Xezerxeber.az-ın məlumatına görə, bu günlərdə belə torpaq bazarında canlanma müşahidə olunur.

Daha çox kisələrdə satılan torpaqlar əsasən bölgələrdən gətirilir. Ancaq keyfiyyətindən asılı olaraq müxtəlif qiymətlərə təklif edilir.

Satıcılar deyirlər ki, ən münbit və məhsuldar torpaq qara torpaqdır. Torpaqla bərabər ona əlavə olunan torf da məhsuldarlıqda böyük rol oynayır. Torfların qiyməti gətirildiyi ölkəyə və mineral tərkibinə görə fərqlənir.

Satıcıların sözlərinə görə, hazırda daha çox tələbat torf və gübrələrlə qarışıq hazır torpaqlaradır. Belə torpaqların kisəsinin qiyməti isə 3-10 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


445 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR