Hindistanda avtomobil qəzasında 7 nəfər ölüb, 34 nəfər yaralanıb

21.04.2019 21:09

Hindistanda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb, 34 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Xezerxeber.az xəbər verir ki, Dehlidən Varanasiyə gedən avtobus Aqra-Luknou magistralında yük avtomobili ilə toqquşub. Qəza vaxtı avtobusda 41 sərnişin olub. Avtobusun sürücüsü də daxil olmaqla yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hazırda təhqiqat aparılır.

© xezerxeber.az


436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR