Ziya Bünyadov prospektinin bir hissəsində sabahdan hərəkət məhdudlaşdırılacaq

12.07.2018 18:06

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-dən 14-dək təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti iyulun 13-də səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR