Xəzər Xəbər

Azərbaycan alimi yeni vaksin əldə etdi VİDEO

Veb TV | 20:52 • 13 Oktyabr 2017
Azərbaycan alimi yeni vaksin əldə etdi

Dünyada il ərzində təxminən 300-500 milyon insanın yoluxduğu malyariya xəstəliyinin qarşısını almaq üçün yeni nəsil vaksin istehsal oluna bilər. Azərbaycanlı alim Tərlan Məmmədov iddia edir ki, onun ixtira etdiyi bu texnologiya ilə problemin qarşısı vaxtında alına bilər.

Azərbaycanlı alim öz ideyası ilə dünya tibb elminə daxil olmağa iddıalıdır.O, malyariyaya qarşı yeni nəsil vaksin əldə eləməyin mümkün olduğunu deyir.

Hazırda Türkiyənin Ağdəniz universitetinin müəllmi olan Professor Tərlan Məmmədovun ixtirası nəticəsində dünyada Malyariya xəstəliyinin qarşısını vaxtında ala biləcək vaksinlər istehsal oluna biləcək.Alim bildirib ki, İlk dəfə olaraq bu texnologiyadan istifadə etməklə, malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub. Bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır".

Professor zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini bildirir. "İnsan və heyvanlar üçün də qiymətli dərman preparatlarının bu yolla ölkədə istehsalı bu məhsulların idxaldan asılılığının azalmasına imkan yaradacaq".Bu texnologiya artıq 2010-cu ildə ixtira olunaraq Amerikada patenti alınıb.

Hazırda bu texnologiyanın hazırlanması üzərində Tərlan Məmmədov 4 nəfərlə birgə çalışır.


Xəbər lenti