Xəzər Xəbər

Tramp Ər-Riyadın Kaşıkçı işi üzrə izahatından məmnun deyil

Dünya | 09:59 • 23 Oktyabr 2018
Tramp Ər-Riyadın Kaşıkçı işi üzrə izahatından məmnun deyil

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı izahatından məmnun deyil.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə bildirib.


D.Tramp deyib: "Mən eşitdiyimdən məmnun deyiləm... Lakin mən bizim ölkəyə edilən bütün bu investisiyaları itirmək istəmirəm. Mən bir milyon iş yerini itirmək istəmirəm, mən 110 milyard dollar investisiyanı itirmək istəmirəm".


Xatırladaq ki, Camal Kaşıkçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi Camal Kaşıkçı konsulluqdan çıxdığını bildirsə də bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Xəbər lenti