Xəzər Xəbər

Abituriyentin 596 balla imtahandan kəsilməsinə DİM-dən münasibət VİDEO

Veb TV | 22:03 • 16 Avqust 2018
Abituriyentin 596 balla imtahandan kəsilməsinə DİM-dən münasibət

596 bal yığan abituriyent, universitetə qəbul ola bilmədiyi iddia olunur.

Bu gün sosial şəbəkələrin əsas müzakirə mövzusu bu olub. Iddialara görə, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Ancaq o, heç bir ali məktəbə qəbul ola bilməyib. Hətta abituriyentin bu balı toplamasını göstərən nəticə sənədi də paylaşılıb.

Dövlət imtahan Mərkəsi isə bu məsələyə münasibət bildirib. Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb.

Məleykə Abbaszadə bildirib ki, müəyyən internet brauzerlərinin imkanları ilə toplanılan balı artırmaq və ya azaltmaq mümkündür.

Ancaq abituriyent İbrahim Əsgərinin valideynləri bu cavabla qane olmayıblar.

Məleykə Abbaszadə bu iddiaları, sosial şəbəkələrdə yayan şəxsi məhkəməyə verəcəklərini də bildirib.

DİM-in direktorlar şurasının sədri onu da əlavə etdi ki, bu günə kimi imtahan nəticələrinin saxta olması ilə bağlı mərkəzə ərizə və müraciət daxil olmayıb.

Xəbər lenti

Çox oxunanlar