Xəzər Xəbər

Milli Məclisdə büdcə müzakirələri başladı VİDEO

Veb TV | 20:56 • 21 Noyabr 2017
Milli Məclisdə büdcə müzakirələri başladı

Növbəti il üçün nəzərdə tutulan büdcə gəlirləri cari illə müqayisədə 3 milyard manatdan çoxdur. Sosial sahəyə ayrılan vəsaitlər isə 2017-ci ilə nisbətən 20 faiz yüksəkdir. 2018-ci ilin büdcə müzakirələrində hökümət üzvləri əsas istiqamətlərə toxunublar. Mərkəzi bankın sədri Elman Rüstəmov isə gələn il manatın məzənnəsinin necə olacağını açıqlayıb.

Milli Məclisdə 2018-ci ilin büdcə müzakirələrində Baş nazir Artur Rasizadə rəhbərlik etdiyi kabinet üzvləri ilə iştirak edirdi. Gələn ilin büdcəsinin gəlirlərinin 20 milyard 127 milyon manat, xərclərinin isə 20 milyard 906 milyon manat olduğunu açıqlayan maliyyə naziri Samir Şərifov bu il büdcənin strukturunda qeyri-neft sektorundan əldə edilən vəsaitlərin artdığına diqqət çəkib.

Azərbaycanın gələn il pul-maliyyə siyasətinin hansı istiqamətdə olacağına diqqət çəkən Mərkəzi Bankın sədri Elman Rüstəmov 2018-ci ildə manatın məzənnəsi ilə bağlı da fikirlər səsləndirib.

Sahibkarlığın inkişafı və bunun üçün gələn il görüləcək işlərdən danışan iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlıq sahəsində ləğv edilən yoxlamaların iqtisadiyyatın inkişafına böyük dəstək olduğunu vurğulayıb.

Büdcə zərfinin müzakirəsi zamanı deputatlar tərəfindən bir sira təkliflər də irəli sürüldü. Millət vəkili Qüdrət Həsənquliyev özəl televiziyaların maddi durumunun yaxşılaşdırılması məqsəd ilə dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılmasını təklif kimi irəli sürdü.

Onu da qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirələri hələ bir neçə gün də davam edəcək.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti