Xəzər Xəbər

Bakıda yaşayış yerini tərk edən koronavirus xəstələr saxlanılıb

Cəmiyyət | 19:52 • 3 Dekabr 2020
Bakıda yaşayış yerini tərk edən koronavirus xəstələr saxlanılıb

Bakıda yaşayış yerini tərk edən daha iki nəfər koronavirus xəstəsi saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv "COVID-19” xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar. Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsi isə Nərimanov Rayon Polis İdarəsi17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon ərazisində ictimai yerdə aktiv "COVID-19” xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.


Onun barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti