Xəzər Xəbər

Şəhid ailələri və əlillər üçün sosial proqramlar açıqlanıb - VİDEO

Veb TV | 19:33 • 2 Dekabr 2020
Şəhid ailələri və əlillər üçün sosial proqramlar açıqlanıb -

Şəhid ailələri və müharibə əlilləri yalnız təqaüdlə deyil, eyni zamanda digər sosial ödənişlərlə, yəni pensiya, müavinət və sosial proqramlarla da əhatə olunurlar.

Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

O deyib ki, bu qrupa daxil olanlar birdəfəlik sığorta ödənişi ilə təmin edilirlər. Bu, şəhid ailələri üçün 11 min manat məbləğində nəzərdə tutulub.

Bununla yanaşı onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat, eyni zamanda prezidentin aylıq təqaüdü olan 210-300 manat aralığında müavinət də ödənilir.

Fazil Talıbov qeyd edib ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş, mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti