Xəzər Xəbər

Laçın dəhlizindən Xankəndinə yeni yol çəkiləcək - AÇIQLAMA

İqtisadiyyat | 15:57 • 2 Dekabr 2020
 Laçın dəhlizindən Xankəndinə yeni yol çəkiləcək  -

Qarşıdakı üç il ərzində Laçın dəhlizindən Xankəndinə yeni yolun inşası nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Xəzər TV-nin "Xəzər Səhər" proqramının qonağı olan A.Nəcəfli deyib ki, həmin yoldan Qarabağda yaşayan ermənilər istifadə edəcəklər: "Yəni ermənilər Şuşaya və Laçına daxil olmada alternativ olaraq həmin yoldan istifadə edəcəklər".

O deyib ki, yeni yol həm təhlükəsizlik, həm də nəqliyyat sıxlığının yaranmaması baxımından önəmli layihədir. 

Atif

Xəbər lenti