Xəzər Xəbər

"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək VİDEO

Veb TV | 22:41 • 24 Noyabr 2020
"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək

Qaxdan olan şəhidimiz Fərid Dursunov sağ ikən bir vəsiyyət edibmiş. "şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray bayrağını da asarsınız". Dostları da şəhidin bu vəsiyyətini yerinə yetiriblər. Bundan xəbər tutan Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi məsələyə reaksiya verib. Klub şəhidlə bağlı bir sıra tədbirlər həyata keçirəcək.

Şəhid vəsiyyət etdi, dostları da buna uyğun olaraq onun məzarına "Qalatasaray" bayrağı asdı.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən dostlarına vəsiyyət edib ki, "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray"ımın bayrağını da asarsınız".

Şəhidin Zaqataladan olan dostları da şəhidin vəsiyyətinə uyğun olaraq onun məzarının yanında Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin "Qalatasaray" futbol klubuna məxsus bayrağı da asıblar.

"Qalatasaray" futbol klubu da məsələyə reaksiya verib. Klub prezidentinin köməkçisi Yusuf Günay şəhidin atasna zəng edib.

"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda klubun tərəfdarlarından olan digər şəhidimiz Muradın klubla bağlı söylədiyi səs yazısı dinlənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Həmçinin, klub rəsmiləri bu şəhidlərin məzarlarını ziyarət edəcəklər.

Xəbər lenti